SON DƏQİQƏ
» » Azərbaycan 2 Ermənistan vətəndaşını xilas etdi

Azərbaycan 2 Ermənistan vətəndaşını xilas etdi

Tarix:

4-12-2020, 17:32

/ 5 282 dəfə oxundu.
Azərbaycan 2 Ermənistan vətəndaşını xilas etdi

Rusiyanın Qarabağ bölgəsində yerləşdirilmiş sülhməramlı kontingenti yeni açıqlama yayıb.

Sülhməramlıların "qaynar xətti”nə daxil olmuş məlumat əsasında Azərbaycanın Xocalı rayonunun Pirlər kəndindən olan Ademnik Ambartsumyan və Ramid Xaçaturyan adlı şəxslərin itkin düşdüyü müəyyən olunub.

Rusiya tərəfi alınmış məlumat əsasında Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Həımin şəxslərin hərbçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirilikləri müəıyyənləşib.

Sülhməramlıların komandanlığı və Azərbaycan tərəfi arasında aparılan danışıqlar nəticəsində Ambartsumyan və Xaçaturyan Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə ilə Bakıdan Yerevana gətiriliblər. Onlar Ermənistan Sərhəd Xidmətinə təhvil veriliblər.


скачать dle 12.1

Şərhlər