SON DƏQİQƏ

Dənizçilər anım dəqiqəsinə qoşuldu - Video

Tarix:

4-12-2020, 17:13

/ 5 704 dəfə oxundu.
Dənizçilər anım dəqiqəsinə qoşuldu - Video

Dekabrın 4-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar. Gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.




скачать dle 12.1

Şərhlər