SON DƏQİQƏ
» » Müharibədə iştirak edənlər təhsil haqlarından azad olunacaq?

Müharibədə iştirak edənlər təhsil haqlarından azad olunacaq?

Tarix:

2-12-2020, 18:11

/ 5 903 dəfə oxundu.
Müharibədə iştirak edənlər təhsil haqlarından azad olunacaq?

Koronavirusla bağlı təhsildə yeni dövr qeyri-müəyyəndir. Ona görə də şikayət ab-havasından irəliyə düşüncə ab-havasına keçməliyik.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir eyni zamanda müharibə iştirak edən gənclərin təhsil haqlarından azad edilmələri üçün hər hansı addımların atılıb-atılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu qəbildən olan şəxslər üçün müəyyən güzəştlər var:

"Düşünürəm ki, hazırda ölkəmiz prosesin hələ ortasındadır. Zəfər əldə edilib, ancaq prosesin nəticələri qiymətləndirilir. Azərbaycan dövləti hər zaman vətəndaşı üçün müvafiq şərait yaradır. Təbii ki, müharibə veteranlarının da layiqli şəkildə əməyinin qiymətləndirilməsi məndə heç bir şübhə yaratmır. Qazilərlə bağlı məsələyə status kimi baxmalıyıq. Həmin vətəndaşlarımızın hansı statusa malik olması və nə kimi güzəştlərə sahib olması müəyyənləşdirilməlidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ