SON DƏQİQƏ
» » Biz reallıqları dəyişdik və indi onlar... - İlham Əliyev

Biz reallıqları dəyişdik və indi onlar... - İlham Əliyev

Tarix:

31-10-2020, 14:20

/ 3 591 dəfə oxundu.
Biz reallıqları dəyişdik və indi onlar... - İlham Əliyev

Biz muxtar rayon məsələsini indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız.

Prezident İlham Əliyev bu sözləri Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağın muxtariyyət məsələsinə münasibət bildirərkən deyib.

Azərbaycanın mövcud reallıqları dəyişdirdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, indi onlar bunları nəzərə almalıdır və 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq. Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar.

"Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - deyə Prezident əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ