SON DƏQİQƏ
» » Əliyevdən Ərdoğana: Hər cür yardım göstərməyə hazırıq!

Əliyevdən Ərdoğana: Hər cür yardım göstərməyə hazırıq!

Tarix:

30-10-2020, 20:31

/ 3 840 dəfə oxundu.
Əliyevdən Ərdoğana: Hər cür yardım göstərməyə hazırıq!

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Dövlətimizin başçısı İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ