SON DƏQİQƏ

Ordumuz mülki əhalini atəşə tutmur - MN

Tarix:

27-10-2020, 20:50

/ 3 615 dəfə oxundu.
Ordumuz mülki əhalini atəşə tutmur - MN

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini "Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ