SON DƏQİQƏ
» » Ermənistan Sərhəd Xidməti də itkilərini açıqladı

Ermənistan Sərhəd Xidməti də itkilərini açıqladı

Tarix:

27-10-2020, 14:30

/ 3 562 dəfə oxundu.
Ermənistan Sərhəd Xidməti də itkilərini açıqladı

Qarabağdakı döyüşlərə Ermənistan Sərhəd Xidmətinin əsgərləri də qatılıb.

Ermənistan ordusundakı canlı qüvvə çatışmazlığı səbəbindən polis də daxil olmaqla, bütün strukturlarda səfərbərlik həyata keçirilib və toplanan əsgərlər Azərbaycan ərazilərinə göndərilib.

Ermənistan SX döyüşlərdə 37 sərhədçinin öldüyünü, 4 nəfərin itkin düşdüyünü bildirib.

"Döyüşlərdə 243 sərhədçi yaralanıb və hazırda müalicə alır”, - SX-nin məlumatında bildirilib.

Qeyd edək ki, SX-nin rəsmi məlumatında yaralananların ölənlərdən təxminən 7 dəfə çox olduğu etiraf edilir. Bu müqayisə ilə verdiyi itkilərdən 1009-nu etiraf edən Ermənistan ordusunun təxminən 7 min yaralısı olduğu ehtimalını irəli sürmək mümkündür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ