SON DƏQİQƏ
» » Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi

Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi

Tarix:

25-10-2020, 19:59

/ 3 774 dəfə oxundu.
Düşmənin canlı qüvvəsi və texnikası məhv edildi

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd "Qiasint-B” topu, 2 ədəd "QRAD”, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilib və sıradan çıxarılıb:

"Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir” - A.Eyvazov qeyd edib.

скачать dle 12.1

Şərhlər