SON DƏQİQƏ
» » Paşinyanın qızı saxta hesablarla rusları təhqir edir

Paşinyanın qızı saxta hesablarla rusları təhqir edir

Tarix:

25-10-2020, 08:46

/ 5 616 dəfə oxundu.
Paşinyanın qızı saxta hesablarla rusları təhqir edir

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan sosial şəbəkədə saxta hesablarla rus xalqını təhqir edir.

GunAz.az xəbər verir ki, N.Paşinyan tərəfindən koordinasiya edildiyi deyilən səhifələrdən birində "Rusları Ermənistandan qovmalıyıq, ruslar olmadan qazanacağıq. Yaşasın Nikol Paşinyan və Anna Akopyan!" başlığı ilə statuslar paylaşılıb.

Ümumiyyətlə, sosial şəbəkələrin erməni seqmenti Rusiya prezidentini təhqir edən və antirus ruhlu yazılar və səhifələrlə doludur.

Bu səhifələrdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan tərəfindən şəxsən koordinasiya edildiyi deyilən "Margo Margarita" səhifəsidir. Həmin təxəllüslə yazan Paşinyanın qızı saxta səhifədən anası Anna Akopyanın fotosu ilə "Ən böyük qadınlar erməni qadınları" başlıqlı status da paylaşıb.Report

Paşinyanın qızı saxta hesablarla rusları təhqir edir

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ