SON DƏQİQƏ

Dietoloqdan keçəlləşməyə əlac

Tarix:24-09-2020, 08:00 Oxunub:3 278

Yeni Zelandiyalı dietoloq keçəlləşmənin əlacını açıqlayıb.
"Daily Express” xəbər verir ki, Rayan Raman kənd təsərrüfatı məhsullarının saç tökülməsinin qarşısını aldığını deyib.
Onun sözlərinə görə, saç tökülməsi zamanı avokado yemək məsləhətdir.
Bu meyvə baş dərisini zədələnmədən və oksidantların təsirindən (oksidləşdirici stress) qoruyan E vitamini ilə zəngindir.
Mütəxəssis qeyd edib ki, gündəlik tələb olunan E vitamininin 20 faizi bir avokadoda mövcuddur.
"Biz yaş və genetika kimi amillərə nəzarət edə bilmirik, ancaq qida rasyonumuzu dəyişə bilərik. Saçların zəif bəslənmə səbəbindən tökülməsi zamanı doğru qida maddələri ilə balanslı pəhriz saçın uzanmasına təsir edir”, - deyə o bildirib.
Dietoloq deyib ki, keçəlliyə qarşı digər məhsul şirin kartofdur (Batat).
Onun sözlərinə görə, bu, əla beta-karoten mənbəyidir və saç uzanmasını sürətləndirmək potensialına malikdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<