SON DƏQİQƏ
» » Şirin yuxuya getdilər, toy pulları oğurlandı - FOTO

Şirin yuxuya getdilər, toy pulları oğurlandı - FOTO

Tarix:

23-09-2020, 08:00

/ 3 487 dəfə oxundu.
Şirin yuxuya getdilər, toy pulları oğurlandı - FOTO

Türkiyənin Mersin şəhərində parkda yuxuya gedən cütlüyün toyları üçün yığdıqları pul oğurlanıb.

Sondakika.com xəbər verir ki, 35 yaşlı Fatma Polat və 51 yaşlı Mustafa Zülküflü parkta oturduqları yerdə yuxuya gediblər. Onlar səhər oyananda görüblər ki çantaları oğurlanıb.

Çantanın içində 800 avro (1 613 AZN) və 650 lirə (144 AZN) toyları üçün yığdıqları pul olub.

 

Cütlük bu barədə polisə şikayət edib.

F.Polat uzun müddət yatdıqlarına görə, onlara yuxugətirici maddə qoxulandırıldığından şübhələnir.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ