SON DƏQİQƏ

Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

Tarix:

22-09-2020, 18:11

/ 4 911 dəfə oxundu.
Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

"Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”.

Bu sözləri açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq Məmmədov deyib.

O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: "Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir.

Hərc-mərclik olduğu zaman hamı ruhdan düşür. Qələbə qazanmaq üçün ilk növbədə ruh yüksəkliyi lazımdır. Ruh yüksəkliyi olmazsa, xalq arasında yalançı məlumatlar yayılır. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, xalq arasında ruh yüksəkliyini qaldırmaq üçün güclü təbliğatla məşğul olmaq lazımdır. Ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salan şəxslərsə ən sərt şəkildə qınanılmalıdır.

Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var, onlarla işləmək çox çətindir. Bunun üçün orduya ağıllı beyinlər, ağıllı komandirlər, ümumiyyətlə, döyüş taktikasını bilən və vətənsevən insanlar lazımdır ki, bu ruhda irəliyə gedə bilək”.

Tapdıq Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ