SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

21-09-2020, 15:07

/ 4 789 dəfə oxundu.
Sabah hava necə olacaq?

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə16-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-17 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ