SON DƏQİQƏ
» » General məşhurlaşan 2-ci sinif şagirdi ilə görüşdü-QAZAXDA

General məşhurlaşan 2-ci sinif şagirdi ilə görüşdü-QAZAXDA

Tarix:

21-09-2020, 08:09

/ 3 392 dəfə oxundu.
General məşhurlaşan 2-ci sinif şagirdi ilə görüşdü-QAZAXDA

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini əsgər salamı ilə qarşılayan uşaq Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

GunAz.az xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə bu hərəkəti ilə sosial şəbəkələrdə məşhurlaşıb. Onun hərbçiləri salamlamasını əks etdirən fotoşəkli Facebook-da böyük izləyici kütləsi qazanmaqla yanaşı, çox sayda paylaşılıb.

Sərhəd diviziyasında keçirilən bugünkü görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Elton gələcəkdə sərhədçi olmaq istədiyini bildirib.

General məşhurlaşan 2-ci sinif şagirdi ilə görüşdü-QAZAXDA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ