SON DƏQİQƏ

Hansı telefonları izləmək mümkün deyil?

Tarix:

18-09-2020, 13:28

/ 4 792 dəfə oxundu.
Hansı telefonları izləmək mümkün deyil?

Zaman-zaman informasiyalar yayılır ki, yeni telefonlar var və onun dinlənilməsi mümkün deyil. Fikrimcə, mobil şəbəkələr elə qurulub ki, onların dinlənilməsi artıq problem yaratmır. Yəni, bütün mobil şəbəkələri dinləmək mümkündür.

Bunu açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dinlənilmədiyi iddia edilən "VoLTE” telefonlarından danışarkən deyib.

Ekpert bildirib ki, А5/3 şifrələməsi ilə mühafizə edilən "VoLTE” mobil şəbəkələrində danışıqların ələ keçirilməsinə qarşı ən dözümlü olduğu iddia edilən telefonlarla bağlı hələ ki, araşdırma aparmayıb:

"İndi yeni texnologiyalar, təzə proqram təminatları mövcuddur. Hətta telefonların qanuni və qeyri-qanuni cəhətdən dinlənilməsi məsələləri var. Əvvəlki texnologiyaların dinlənilə bilməməsi ilə bağlı deyilənlər nisbi xarakter daşıyır. Çünki texnoloji yeniliklər bütün mobil şəbəkələri dinləməyə imkan verir. Müəyyən telefonlarla bağlı bu cür xəbərlərin yayılması daha çox reklam xarakterli ola bilər”.

Ekspertin fikrincə, elə texnoloji resurslar var ki, onlardan informasiyanın ötürülməsi şifrələnmiş formada olur:

"Məsələn, Votsapda yazışmalar şifrələnmiş haldadır. İnformasiya bir bu başda, bir də o biri başda şifrələnir. Ortada hər hansı data baza yoxdur ki, informasiya emal edilsin. Oradan informasiyanı izləmək çətin olur. Digər informasiya ötürücülərində, başqa sahələrdə də belə şifrələnmiş ötürülmələrdən istifadə edilirsə, o zaman izləmək istəyən tərəf üçün problem olur. Yəni mobil şəbəkənin və ya şifrələnmiş ötürülmələrin izlənməsi üçün gərək onun alqoritmi açılsın. Alqoritm isə hər şirkətin özündədir”.

Qeyd edək ki, Rusiyanın "Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin "VoLTE” mobil şəbəkələrində danışıqların А5/3 şifrələməsi ilə mühafizə olunduğunu bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ