SON DƏQİQƏ
» » Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır

Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır

Tarix:

16-09-2020, 08:00

/ 4 460 dəfə oxundu.
Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır

Ermənilər bir qayda olaraq törətdikləri cinayətləri, öz əməllərini günahı olmayan azərbaycanlıların üstünə yıxırlar. Buna sübut olaraq, bu yaxında, 2020-ci ilin sentyabrın 8-də Ermənistanın KİV-lərindən olan golosarmenii.am [1] saytında "Tamar Baçaliaşvilinin həlak olması: Bakının təhqiri həddi-hüdudu bilmir” başlığı ilə yayımlanan məqaləni göstərmək olar.

Qeyd etmək lazımdır ki, iyulun 18-də itkin düşmüş Tamar Baçaliaşvili Tetriskaro (Ağbulaq) rayonundakı meşədə avtomobilində ölü olaraq tapılmışdır. 23 yaşlı qızın ölümü ilə bağlı istintaq gedir. Verilən məlumata əsasən, iyulun 17-də itkin düşmüş 23 yaşlı Tamarın atası Cumber Baçaliaşvili səhər saatlarında ailə qohumları, dostları və qonşuları ilə bir araya gələrək sonuncu dəfə Tetriskaro rayonunda maşını görünən Tamarın axtarışı üçün yola düşmüş, faciəli xəbəri isə onlar yola düşənə qədər almışlar.

Rəsmi məlumatlara əsasən, Tamarın ailəsinin evində olmadığı zaman öz maşını ilə getdiyi, günün ikinci yarısında anası ilə əlaqə qurmağa çalışdığı, lakin telefonunun söndürüldüyü, bu zaman narahat olmağa başlayan qohumlarının polisə müraciət etdiyi, beş gün sonra axtarışın başa çatdığı, qızın isə ölü olaraq tapıldığı qeyd olunur.

Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır

 

Tamarın atası Cumber Baçaliaşvili cəsədin tanınması üçün getməzdən əvvəl jurnalistlərə hadisə ilə bağlı fikrini bu cür bildirir: "Uşağı zorakılığa məruz qoyaraq öldürmüşlər. Onun evdən aldadılaraq aparıldığına 100% əminəm. Bəlkə də, ona iş yerində təzyiq göstərmişlər. İkinci bir variant isə onu hansısa oğlanın oğurlamasıdır. Ancaq daha çox məsələnin onun işi ilə bağlı olduğunu düşünürəm. O evə qayıdanda onun aqressiv olduğunu və bir neçə dəfə ağladığını görmüşdüm”.

Erməni mətbuatının verdiyi məlumata əsasən, guya vəfat edən qızın anası qonşuları və qohumları ilə birlikdə etiraz aksiyası təşkil etmiş, Poniçalaya (Soğanlığa) gedən yolu bağlamış, beləliklə də istintaq orqanlarının diqqətini çəkməyə çalışmış və onları axtarışları gücləndirməyə məcbur etmişlər.

"İstintaq zamanı bütün versiyalara baxılır” – deyə bu barədə jurnalistlərə hadisə yerindən ailənin vəkili Mixail Ramişvili bildirmişdir: "Hələlik yalnız o məlumdur ki, Tamar Baçaliaşvilinin avtomobilini Qolteti kəndinin yaxınlığındakı meşədə çoban tapmışdır. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları maşının arxa oturacağında qızın cəsədini taparaq Samxaraulinin ekspert bürosuna aparmışlar. Ekspertizanın nümayəndələri işləyirlər, onlar bütün lazımi işləri həyata keçirirlər”.

Qeyd edək ki, Tamarın proqramist olduğu bildirilir. Belə ki, o, 2016-cı ildə informasiya sahəsində təhsil almış, 2017-ci ildə proqram təminatının hazırlanması ilə məşğul olan "Zeq” MMC-yə daxil olmuşdur. Onun son layihəsi əməkdaşların iş saatlarının hesablanması üçün nəzərdə tutulan onlayn sistemin yaradılması olmuşdur. Bu barədə isə jurnalistlərə şirkətin direktoru Tamar Koberidze məlumat vermişdir.

"Mən hər gün onun anası ilə ünsiyyət qururdum, dünən axşam da danışmışam. Biz baş verən hadisə ilə bağlı çox narahatıq, amma nə baş verdiyini bilmirik. Mən bilirdim ki, o işdən çıxa bilər. Çünki bir il ərzində özü tez-tez iki yerdə işlədiyini və təhsil aldığını demişdi. Mən onun ikinci işinin olduğunu bilirdim, ancaq harda olduğunu bilmirdim” – deyə Tamar Koberidze jurnalistlərə bildirmişdir.

Tamarın qohumları, onun tam olaraq işindən xəbərdar olmadıqlarını qeyd etmişlər. Tamarın qardaşı Georgi Baçaliaşvili "Mtavari arxi” [2] teleşirkətinə verdiyi müsahibəsində bildirir: "O, adətən mənim yanımda oturur; proqramlar, tətbiqlər yazır; saytlar üçün dizaynlar hazırlayırdı. Məndən xoşuma gəlib-gəlmədiyini soruşurdu. Onun bunları kimin üçün etdiyini, bunların kimin sifarişi olduğunu dəqiq deyə bilmərəm. Mən onun nə etdiyini elə də başa düşmürdüm”.

Baçaliaşvili ailəsinin vəkili Mixail Ramişvili, qızın həlak olması ilə bağlı daha bir məlumat verərək bildirir: "Onun istifadə etdiyi Messenger, Facebook və Viber proqramlarından demək olar ki, bütün məlumatları silinmişdir. Whatsapp proqramındakı sonuncu mesajı isə 23 iyun tarixinə aiddir. İyun ayının 6-dan – iyulun 18-dək telefonuna gələn və gedən zənglər də silinmişdir. Tamarın çəkdiyi fotoşəkillər isə iyulun 18-də aşkar edilmişdir”.

Qeyd etmək lazımdır ki, golosarmenii.am [1] saytının yayımladığı məqalənin başlığı, bu hadisədə də ermənilərin əlinin olduğunu aydın şəkildə göstərir. Çünki belə bir fakt da məlumdur ki, şahid Kvartsxava Qvalinin verdiyi məlumata əsasən, Baqramyan batalyonunun üzvü olan 6 nəfər erməni 16 yaşlı gürcü qızını özləri ilə apararaq zorlamış [3], həmin qızı müdafiə etməyə çalışan bir rus qadınını isə qətlə yetirmişlər. Həmin hadisədən sonra isə gürcü qızını bir daha heç kəs görməmişdir.

Məhz ermənilər bir qayda olaraq törətdikləri cinayətləri mahir şəkildə ört-bastır edir, baş verən cinayətləri azərbaycanlıların üstünə atır və beləliklə də məsələyə heç bir aidiyyatı olmayan rəsmi Bakı haqqında dezinformasiyalar yayırlar. Şübhəsiz ki, törətdikləri cinayətdə ermənilərin əsas məqsədi azərbaycanlıları cinayətkar kimi qələmə verməkdən, bununla da gürcülərlə azərbaycanlıların münasibətlərini pozmağa cəhd etməkdən ibarətdir. Erməni KİV-ləri bu istiqamətdə öz fəaliyyətlərinə davam edirlər. Lakin ermənilərin bu cəhdlərinə baxmayaraq, Ermənistanın əslində terrorçu dövlət olması artıq hamıya birmənalı şəkildə məlumdur.

 

Ədəbiyyat siyahısı:

1.Гибель Тамар Бачалиашвили: Кощунство Баку не знает пределов /08.09.2020/ https://golosarmenii.am/article/94029/gibel-tamar-bachaliashvili-koshhunstvo-baku-ne-znaet-predelov

2.მთავარი არხი / https://mtavari.tv/live

3.«Шестеро армян изнасиловали 16-летнюю грузинку…» - зверства батальона Баграмяна в Грузии /19.05.2016/ http://vzglyad.az/news/61873

 Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ