SON DƏQİQƏ

Nazirliyə yeni aparat rəhbəri təyin edildi

Tarix:

7-08-2020, 16:18

/ 4 860 dəfə oxundu.
Nazirliyə yeni aparat rəhbəri təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev qurumun aparat rəhbəri təyin edilib.

GunAz.az xəbər verir ki, o, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

Kənd Təsərrüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ