SON DƏQİQƏ
» » Azərbaycan-Türkiyə təlimləri davam edir - Video

Azərbaycan-Türkiyə təlimləri davam edir - Video

Tarix:

6-08-2020, 18:44

/ 4 843 dəfə oxundu.
Azərbaycan-Türkiyə təlimləri davam edir - Video

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

Təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir.

Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət zamanı idarəetmənin və rabitə əlaqəsinin təşkili üzrə fəaliyyətlər yerinə yetirilir.

Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması ilə bağlı verilmiş qərar və tapşırıqlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində icra olunur.



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ