SON DƏQİQƏ

Nüvədinin işğalından 31 il ötdü

Tarix:

6-08-2020, 08:00

/ 4 257 dəfə oxundu.
Nüvədinin işğalından 31 il ötdü

«Ermənistan» adlanan yerdən deportasiya olunan sonuncu türk kəndi Hüvədinin işğalından 31 il ötdü. Nüvədi — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Meğri rayonunda xalis Azərbaycan-türk kəndi idi. Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşirdi. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. Kəndin adı 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə «Nüyədə», erməni, rusdilli mənbələrdə «Nyuvadi» formalarında qeyd edilir. Yerli əhali arasında kəndə «Nüyədi», «Nüədi» deyirdilər.
AbbasƏLİ

скачать dle 12.1

Şərhlər