SON DƏQİQƏ

Prezidentin qarşısını aldığı qanunsuzluğu nazir edib?

Tarix:5-08-2020, 11:50 Oxunub:3 662

Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonunda meşə tipli yeni parkda yaradılacaq şəraitlə tanış olarkən Prezident İlham Əliyev vaxtilə baş verən qanunsuzluğa da toxunub.

Prezident İlham Əliyev bildirib ki, bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gələrkən burada böyük bir sahənin olduğu, hasarlandığı, hissələrə bölündüyü və satışa çıxarıldığı haqda məlumat alıb: "Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin”.

GunAz.az xəbər verir ki, Unikal.org həmin ərazinin Mədəniyyət Nazirliyinin tabeliyində olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına məxsus olduğunu iddia edib. Bildirilir ki, 4 hektar ərazinin özəlləşdirilməsinə icazəni həmin vaxt nazir olan Əbülfəz Qarayev veribmiş.

Qeyd edək ki, Prezident İlham Əliyev sözügedən ərazidəki piyada keçidinin açılışını 3 apreldə edib.

DTX isə Mədəniyyət Nazirliyində 8 mayda əməliyyat keçirib, 21 may tarixində isə nazir Əbülfəs Qarayev vəzifəsindən azad edilib.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<