SON DƏQİQƏ
» » Neftçalada vəziyyət gərginləşdi: Xəzər Kürə qarışdı...

Neftçalada vəziyyət gərginləşdi: Xəzər Kürə qarışdı...

Tarix:

6-06-2020, 23:20

/ 1 217 dəfə oxundu.
Neftçalada vəziyyət gərginləşdi: Xəzər Kürə qarışdı...

Xəbər verdiyimiz kimi, Neftçala rayonunda içməli su problemi yaşanır.
GunAz.az-a xəbər verir ki, Kür çayında ilk dəfə Xəzər dənizinin suyu çaya qarışıb.
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əraziyə "Azərsu" ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını göndərilib. Maşınlar vasitəsilə əhali içməli su ilə təmin edilir.
Bu barədə məlumat yayan Neftçala İcra Hakimiyyəti su çatışmazlığı olan bütün ərazilərin müəyyən olunduğunu bildirib:
"Yenikənd, Qırmızı Şəfəq, Kürkənd, 1№-li Mayak, 2№-li Mayak və Şirvanlı kəndlərinin modul tipli sutəmizləyici qurğularına su boşaldılıb. Eyni zamanda xüsusi ayrılmış iritutumlu su maşınları vasitəsilə mütəmadi olaraq Neftçala şəhərində Heydər Əliyev prospekti, M.Əsədov, A.Cəfərov, 20 yanvar, M. Qorki, Üzeyir Hacıbəyov küçələrində ümumilikdə 30-dan çox binaya və məhəllələrə su təminatı həyata keçirilib. Bundan başqa 1№-li Mayak, Qırmızı Şəfəq, Mikayıllı, Uzunbabalı və digər kəndlərə, həmçinin Bankə qəsəbəsinə maşınlar vasitəsilə su çatdırılıb. Mövcud problemin həlli istiqamətində aparılan tədbirlər nəticəsində içməli su ilə təminat məsələsi həllini tapıb".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ