SON DƏQİQƏ
» » Biz pandemiyanın başlama mərhələsindəyik - Bayramlı

Biz pandemiyanın başlama mərhələsindəyik - Bayramlı

Tarix:

4-06-2020, 17:20

/ 3 207 dəfə oxundu.
Biz pandemiyanın başlama mərhələsindəyik - Bayramlı

Epidemoloji statistik göstəricilər qətiyyən qaneedici deyil.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bu həftədən sonra bayram günləri də daxil olmaqla, 2-3 günlük küçəyə çıxma qadağası tətbiq oluna bilər:

"Bu qərarlar qəbul olunan zaman epidemoloji göstəricilər, mütəxəssislərin birgə rəyi nəzərə alınıb. Bu qadağadan dünya təcrübəsində də istifadə olunur. Belə qənaətə gəlinib ki, yalnız həftə sonları küçəyə çıxma qadağasının tətbiqi kifayət deyil" .

O deyib ki, belə qapanmalardan sonra vətəndaşlar daha çox qaydaları pozmağa meyilli olur:

"Yumşalma tədbirlərinin həyata keçirilməsində epidemoloji göstəricilər nəzərə alınırdı. Baxmayaraq ki, Operativ Qərargahın tibb bölməsi tərəfindən metodiki göstərişlər hazırlanıb, bu metodiki tövsiyələr ictimaiyyətə çatdırılıb, KİV vasitəsilə ictimai xadimlərimiz insanlara müraciət edib, amma vətəndaşlar yenə də bu tövsiyələrə əməl etməyib".

R.Bayramlının sözlərinə görə, hazırda yaşanan hal ikinci dalğa deyil:

"Biz pandemiyanın başlama mərhələsindəyik. Bir qədər artım gözləyirdik, lakin statistik göstəricilər gözləmədiyimiz istiqamətdə oldu. Bu səbəblə həftə sonu tam qapanma olacaq. İnsanların zəruri ehtiyaclarını qarşılaması üçün iki gün vaxt var.

Eyni zamanda, dövlət qurumlarında cümə günü saat 14:00-dan sonra iş dayansa da, bunu tətil kimi başa düşməsinlər. Bu qayda özəl qurumlara şamil edilməsə də, onlara da tövsiyə edirik ki, iş saatını bitirmək məsələsinə baxsınlar".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ