SON DƏQİQƏ

Rusiyada yaşayan azərbaycanlılar mütləq oxusun

Tarix:

3-06-2020, 15:52

/ 2 612 dəfə oxundu.
Rusiyada yaşayan azərbaycanlılar mütləq oxusun

Koronavirus pandemiyasından sonra Rusiyada miqrantların xidmətindən kütləvi şəkildə imtina oluna bilər.

Bu barədə Rusiyanın HR mütəxəssisi Qalina Romanova "Mir 24”ə bildirib.

Ekspertin sözlərinə görə, pandemiyadan sonra iqtisadi çətinliklərlə əlaqədar miqrantların məşğul olduqları sahələrdə yerli vətəndaşlar özləri işləyəcəklər.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya gedən və orada işlərini quran vətəndaşların sayı az deyil.

Bundan əvvəl "Sputnik” COVID-19 pandemiyasının Rusiyadan MDB ölkələrinə və Gürcüstana köçürmələrin həcminə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirmişdi. Cədvələ əsasən, Azərbaycana ötən il adambaşına təxminən 338 dollar olmaqla, ümumilikdə 999 milyon dollar pul transfer edilib. Bu il isə bazarda pul transferlərində azalma müşahidə olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ