SON DƏQİQƏ

Mələksiniz ay uşaqlar

Tarix:

1-06-2020, 19:38

/ 1 291 dəfə oxundu.
Mələksiniz ay uşaqlar

Nərgiz Mirzəyeva, 
297 saylı orta məktəbin 6-cı sinif şagirdi

 

Biz iki bacıyıq. Anamiz həmişə bizə "mənim qanadsız mələklərim” deyə müraciət edər. Elə ona görə də anam Ulduz müəllimənin dilindən bu şeiri yazdım...

Mələksiniz ay uşaqlar

Siz balımız, şəkərimiz,
Qönçələnmiş çiçəyimiz
Vətənimə gərəyimiz,
Mələksiniz ay uşaqlar.

Tanrının bir payısınız,
Ümidsiniz, amalsınız.
Gələcəyə inamsınız,
Mələksiniz ay uşaqlar.

Siz parlaq bir günəşsiniz,
Geniş, ümman dənizsiniz.
Ay tək nurlu bənizsiniz,
Mələksiniz ay uşaqlar.

Təbəssüm var çöhrənizdə,
Saf duyğu vara qəlbinizdə.
Təranə var səsinizdə,
Mələksiniz ay uşaqlar.

Bəşər adlı nemətsiniz,
Ən qiymətli sərvətsiniz.
Məsumsunuz, lap tərsiniz,
Mələksiniz ay uşaqlar.

Nərgizin var şirin sözü,
Daim gülsün uşaq üzü.
Qonaq dəvət edim sizi,
Mələksiniz ay uşaqlar.


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ