SON DƏQİQƏ
» » Taksilərlə bağlı YENİ QAYDA: Yalnız bu sürücülər...

Taksilərlə bağlı YENİ QAYDA: Yalnız bu sürücülər...

Tarix:

1-06-2020, 09:01

/ 2 537 dəfə oxundu.
Taksilərlə bağlı YENİ QAYDA: Yalnız bu sürücülər...

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər. Taksilərin xidmətindən isə yalnız xüsusi icazə sənədi olan vətəndaşlar istifadə edə biləcək. İcazəsi olmayan vətəndaş taksiyə minsə belə stasionar postlarda düşürüləcək.

Nuridə Allahyarova onu da bildirib ki, şəffaf arakəsmələr iyun ayının 15-dən sonra da tətbiq ediləcək. Digər tələblər isə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə dəyişə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ