SON DƏQİQƏ

Bu marşrutların hərəkət istiqaməti dəyişir

Tarix:

30-05-2020, 18:59

/ 2 178 dəfə oxundu.
Bu marşrutların hərəkət istiqaməti dəyişir

İyunun 1-də Pirşağı qəsəbəsində aparılan işlərlə əlaqədar olaraq, Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən erilən məlumata görə, bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində təşkil ediləcək. 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə hərəkət edəcək.


скачать dle 12.1

Şərhlər