SON DƏQİQƏ

Buraxılış imtahanlarının sualları sadələşdirildi

Tarix:29-05-2020, 23:21 Oxunub:1 056

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir.
Dövlət İmtahan Mərkəzindən GunAz.az-a bildirilib ki, imtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilib.
İmtahan fənləri üzrə tapşırıqların strukturuna görə Azərbaycan (rus, gürcü) dili - dil qaydalarına dair 10 qapalı tipli tapşırıq, oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq, riyaziyyat qapalı tipli 13 tapşırıq, cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq, həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq, xarici dil dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq, qapalı tipli 16 tapşırıq, oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq veriləcək.
Şagirdlərin imtahan fənləri üzrə balları cədvələ uyğun hesablanır.
Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər fənn üzrə toplanan nisbi ballar cəmlənir. Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.
Şagirdlərin imtahan fənləri üzrə ballarının hesablanma qaydası ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq olar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<