SON DƏQİQƏ

Arzuolunan İNSAN

Tarix:

28-05-2020, 09:52

/ 2 876 dəfə oxundu.
Arzuolunan İNSAN

Bu gün bir Ağsaqqaldan söhbət açmaq istəyirəm. O ağsaqqaldan ki, keşmə-keşli həyatında çoxlu xeyirxah işləri və şirin-şəkər söhbətləriylə ,küsülüləri barışdıraraq yaddaşlara həkk olub. Kimin işi müşkülə düşürsə Ağsaqqal ona yardımçı olurArzuolunan İNSAN
O insan ki, uşaq vaxtı arzuolunmaz olsa da(özünün dediyi kimi) sonradan çoxlarının hörmətin qazanaraq arzuolunan olub. Eldar müəllimin bir-iki söhbətini yazım ki, qəhrəmanımızı daha yaxşı tanıyaq. Ağsaqqal deyir ki: "Ailədə 1-ci, 2-ci və axırıncı uşaqlar çox sevilir, arada qalanlar ısə arzu olunmaz uşaqlardı". Birdə deyir: "Mənə elə gəlir ki,Allahın iş vaxtı var, xoş vaxtı var birdə boş vaxtı var. Məsələn iş vaxtı normal insanları yaradıb. Xoş vaxtı yaratdıqlarını, çox inceliklə və zövqlə yaradıb, yəni her şey verib., boş vaxtı isə elə boşluqdan yaratdığı insanlardır ki, birinə ağıl az atıb, birinə burun çox atıb, birindən mərhəmət, birindən səxavət,əsirgəyib. Daha sonra deyir: "Vallah analarımızda rüşvətxordu deyəsən, məsələn üç oğuldan biri prokrordu biri müəllimdir biridə yanında qalan işsizdi. Prokrorun uşaqlarını lap çox istəyir, müəllimin uşaqlarını da çox istəyir, kasıb oğlunun uşaqlarına isə,qaçın gedin o tərəfdə oynayın əl-ayağıma dolaşmayın deyir.
Eldar müəllimdən çox yazmaq olar məktəb müəllimliyindən, Sədərək döyüşlərindəki iştirakından. Amma bu gün bu insanı yada salmaqda məqsədim onun doğum gününü təbrik etmək,  Eldar müəllimə möhkəm can sağlığı və firavan həyat arzulamaqdır.
Cəmiyyətimiz belə insanlardan, onun hikmətlərindən faydalansın .
Ədib İSAOĞLU 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ