SON DƏQİQƏ
» » Daha bir marşrut xəttinə "Bakı Bus" avtobusları buraxılır

Daha bir marşrut xəttinə "Bakı Bus" avtobusları buraxılır

Tarix:

27-05-2020, 20:24

/ 3 143 dəfə oxundu.
Daha bir marşrut xəttinə "Bakı Bus" avtobusları buraxılır

30 may 2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar "Bakı Bus" MMC tərəfindən icra olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu.

Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan "Daewoo” markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək.

Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ