SON DƏQİQƏ
» » Millət vəkilindən 5 yaşlı Səccad barədə - Açıqlama

Millət vəkilindən 5 yaşlı Səccad barədə - Açıqlama

Tarix:

25-05-2020, 23:53

/ 1 287 dəfə oxundu.
Millət vəkilindən 5 yaşlı Səccad barədə - Açıqlama

Ötən gün Mingəçevirdə baş verən qəzada ağır yaralanın 5 yaşlı Səccad Məmmədli reanimasiyadadır.
GunAz.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, S.Məmmədli ağciyərində və bədənindəki zədələrdən müalicə olunur:
"Uşaq ciddi nəzarətdədir. Müalicə tibbi sığorta hesabına aparılır. Səccadın valideynləri və qohumları ilə söhbət etdim. Həkimlə söhbətimi onlara danışdım, onları dinlədim. Onlara maddi yardım təklif etsəm də, imtina etdilər. Uşaqla vaxtaşırı maraqlanacağam”.
Qeyd edək ki, ötən gün Mingəçevirdə minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb. Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ