SON DƏQİQƏ

"Babamın dedikləri"-RUBRİKA

Tarix:

23-05-2020, 11:25

/ 2 929 dəfə oxundu.
"Babamın dedikləri"-RUBRİKA

 Ədib İSAOĞLU
Hə dostlar,atam İsa kişinin söhbətlərindən biri düşdü yadıma. Atam söhbət edərdiki,bir gün,padişah vəzirinə deyir vəzir sənə 40 gün vaxt verirəm gəz məmləkəti, bax gör məndən varlısını tapa bilərsən? Tapa bilməsən boynun vurulacaq.
Qərar vəziri çox narahat edir. Axı bu məmləkətdə padişahdan varlı insan yox idi. Vəzir çar-naçar başlayır məmləkəti gəzməyə.Hansı diyara, hansı kəndə gedir padişahdan varlı insan tapa bilmir. Boynunu cəlladın baltasından qurtara bilməyəcəyini anlayan vəzir üz tutur saraya tərəf. Qəmli-qəmli gedən vəziri çobanın gurultlu səsi xeyalından ayırır. Ayə heeyy sürünün içinə niyə təpilirsən o tərəfdən getsənə. Vəzir deyir ay çoban mən nə hayda,sən nə hayda sürü görsənir gözümə? Çoban deyir a kişi gəl görək nə məsələdi, niyə belə pərişansan, sən kimsən? Vəzir çobana acı istehzaynan qayıdar ki,ay çoban sənmi mənim dərdimə çarə olacaqsan? Çobanda deyər ki, ayə gəl görək qəşəng süd sağmışam çörəyi doğruyaq yeyək,sonra söhbət edərik. Bədbəxt vəzirin boğazından çörək nədi, heç süddə keçməzdi. Amma başqa əlacıda yox idi, oturdu çobanla süfrəyə. Ayə niyə yemirsən? Vəzir məcbur qalıb başına gələnləri danışdı çobana.A kişi sənin dərdin budursa,get padişaha de ki, tapmışam səndən varlısın. Hanı,vezir soruşdu? Mən, sən padişahdan varlısan? Sənə nə var a kişi get padişaha beləcə də de ki, səndən varlısı sabah sənin hüzurunda olacaq.
 Yazıq vəzirin iştahı açıldı çobanında yeməyini basıb yedi. Sabahı çoban oldu padişahın hüzurunda. Ay çoban sənsən məndən varlı? Bəli. Say görüm var dövlətini. Şah sağolsun sən say sən məndən böyüksən. Şah başladı nə başladı at ilxısı,qoyun sürüsü, inək naxırı, xəzinə, nökər naib, qul, qaravaş saymaqla qurtarmır ki. Şah sağolsun mənim o qədər varım yoxdur,amma mən səndən varlıyam ona görə ki,mənə büküləcək kəfən səninkindən yarım metr artıq olacaq. Axı mən səndən ucaboy və enlikürəyəm... Bu xatirənin acgöz məmurlara və 190 manata qetiyyen dəxli yoxdur ha.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ