SON DƏQİQƏ
» » Müəllimlərin diqqətinə: Nəticələr bəlli oldu...

Müəllimlərin diqqətinə: Nəticələr bəlli oldu...

Tarix:

22-05-2020, 22:09

/ 1 236 dəfə oxundu.
Müəllimlərin diqqətinə: Nəticələr bəlli oldu...

Ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrin nəticələri məlum olub.
Təhsil Nazirliyindən GunAz.az-a bildirilib ki, müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.
Qeyd edilib ki, onlayn müsahibədə iştirak etməyən namizədlərin avqust ayında ənənəvi müsahibədə iştirak hüququ saxlanılır. Eyni zamanda, onlayn mərhələdə uğur qazanmamış namizədlərə ənənəvi müsahibələr keçirilən zaman apelyasiya müraciəti etmək imkanı yaradılacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ