SON DƏQİQƏ
» » "Eurohome"dəki yanğının zərərini kim ödəməlidir?

"Eurohome"dəki yanğının zərərini kim ödəməlidir?

Tarix:

22-05-2020, 13:21

/ 3 204 dəfə oxundu.
"Eurohome"dəki yanğının zərərini kim ödəməlidir?

Bir müddət əvvəl də "Diqlas” Ticarət Mərkəzi yanmışdı və Prezident İlham Əliyev sahibkarların düşdüyü vəziyyəti nəzərə alaraq, zərərçəkənlərə dövlət tərəfindən yardım göstərilməsini tapşırdı. Ancaq hər bir obyekt sahibi bilməlidir ki, müəssisəni sığorta etdirmək lazımdır.

Bu sözləri deputat Vahid Əhmədov "Avrohom” (EuroHome) ticarət mərkəzinin yanması və sahibkarların üzləşdiyi çətinliklə bağlı "Yeni Müsavat”a danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda kifayət qədər sığorta şirkəti var və obyektlər sığorta olunmalıdır:

"Bir yandan pandemiya dövrünün problemləri meydana gəlib, bir yandan neftin dünya bazarında qiyməti kəskin ucuzlaşıb. Belə bir şəraitdə dövlətin "Avrohom” ticarətçilərinin məsələsini üzərinə götürməsi çətindir. Obyekt sahibi özü fikirləşməlidir ki, camaatın pulunu ödəsin. Başa düşürəm ki, insanlar çətin vəziyyətlə üzləşib, iş qurublar, indi əmlakları yanıb. Amma obyekt sahibi bilməlidir ki, sahibkarları dövlətlə üz-üzə qoymaq olmaz. Vaxtında obyekt tikmisən, pul qazanmısan - sığorta eləməlisən və indi həmin adamlara kömək göstərməlisən”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ