SON DƏQİQƏ

İşəgötürənlərə xəbərdarlıq edildi

Tarix:

20-05-2020, 10:02

/ 2 760 dəfə oxundu.
İşəgötürənlərə xəbərdarlıq edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən "Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir.

Nazirlikdən bildirilib ki, məqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməyin göstərilməsidir.

Qeyd olunub ki, bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir. Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda da, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar.

Ona görə də Nazirlik işəgötürənlərə "Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ