SON DƏQİQƏ

Quranda adı keçən məşhur quş AZƏRBAYCANDA

Tarix:

6-05-2020, 08:00

/ 3 134 dəfə oxundu.
Quranda adı keçən məşhur quş AZƏRBAYCANDA

Göyçayda nadir hallarda görünən Əbabil quşuna rast gəlinib.

GunAz.az xəbər verir ki, bu quş rayon sakini Səid İsmayılovun həyətinə düşüb. Ev sahibi həyətə düşən quşu ilk dəfə gördüyü üçün tanımadığını bildirib. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlum olub.

Səid İsmayılov həyətində başqa növ quşlar bəslədiyi üçün tapdığı Əbabil quşuna da böyük diqqətlə yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir.

Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu azad edəcəyini bildirib.

Qeyd edək ki, Əbabil quşları barədə Qurani-Kərimin 5 ayədən ibarət olan "Fil” surəsində, yəni 105-ci surədə söhbət açılır. Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə Əbabil quşu Qırmızı dəniz tərəfdən uçub gəlir. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutur. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb olur.

Xatırladaq ki, koronavirusa görə bağlanan Kəbə üzərində az öncə Əbabil quşları görünmüşdü.axar.az

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ