SON DƏQİQƏ

Qısa zamanda məşhurlaşan dini KLİP-VİDEO

Tarix:

29-04-2020, 16:20

/ 2 094 dəfə oxundu.
Qısa zamanda məşhurlaşan dini KLİP-VİDEO

Məhşur Əhli-Beyt məddahı Seyyid Taleh Boradigahinin Mübarək Ramazan ayına həsr edilən "Muhəmməd Mustafa gəldi” yeni dini klipi izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın 14 tanınmış sənətçisi klipdə qonaq qismində yer alıblar.

Gunaz.az xəbər verir ki, musiqinin müəllifi və mahnının ifaçısı Seyyid Taleh Boradigahi, sözləri Rövşən Rəhimzadəyə məxsusdur. Rejissor Nail Naiboğlu, operator Ruslan Ağazadə, aranjimançı Fariborz Hatəmidir.

Layihədə Xalq artistləri Zabit Nəbizadə, Natiq Şirinov, Əməkdar artistlər Nailə İslamzadə, Nigar Şabanova, teleaparıcı Lamiyə Ələkbərova, müğənnilər Mirələm Mirələmov, Seyran Əliyev, Səbinə Ərəbli, Nuray Rəhman, Əli Paşayev, Nicat, meyxana ustası Tərlan Novxanı, kinoaktyor Kamran Yunis və stilist Meta iştirak ediblər.

Qeyd edək ki, bu klip "ORUCLUQ" ayında 3 islam ölkəsində, Türkiyə, İran və Özbəkistanda yayımlanacaq, yəqin bizim televiziyalar da bu klipi yayımlamaqda maraqlı olacaq.

Sözügedən dini klipi təqdim edirik:

R. HÜSEYNLİ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ