SON DƏQİQƏ
» » Azərbaycanda daha 104 nəfər virusa yoluxdu: ölən var

Azərbaycanda daha 104 nəfər virusa yoluxdu: ölən var

Tarix:

9-04-2020, 16:23

/ 1 946 dəfə oxundu.
Azərbaycanda daha 104 nəfər virusa yoluxdu: ölən var

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ