SON DƏQİQƏ

Tibbi maskanın qiyməti qalxa bilər? - Məmmədov

Tarix:

8-04-2020, 18:47

/ 1 831 dəfə oxundu.
Tibbi maskanın qiyməti qalxa bilər? - Məmmədov

Tibbi maskanın qiymətinin bundan sonra qalxmasından söhbət gedə bilməz.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın konfransında deyib.
"Əlbəttə, bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir. Tələb artdıqca, qiymət də qalxır. Ancaq dövlət qiymətlərə nəzarət edir. Maskaların qiyməti optimal həddə qalacaq. Bunun ən yaxşı yolu istehsalı artırmaqdır. Hazırda maska istehsalı müəssisəsinin günlük idxalı 200 mindir. Bu gün apteklərə 450 min maska paylanılır".
İ.Məmmədov qeyd edib ki, ehtiyac olacağı təqdirdə tibbi maska istehsalı artırılacaq:
"Hazırda 5 milyon maska üçün xammal hazırdır".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ