SON DƏQİQƏ
» » Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı-QƏRAR

Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı-QƏRAR

Tarix:

7-04-2020, 21:53

/ 1 237 dəfə oxundu.
Sağlamlıq imkanları məhdud şəxslərin əlillik müddəti uzadıldı-QƏRAR

Baş nazir Əli Əsədov yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar imzalayıb.
GunAz.az xəbər verir ki, qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ