SON DƏQİQƏ
» » “Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - AÇIQLAMA

“Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - AÇIQLAMA

Tarix:

3-04-2020, 23:04

/ 1 173 dəfə oxundu.
“Xüsusi qayğıya ehtiyacı olanlara baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək” - AÇIQLAMA

"Bəzi insanlar var ki, onlar tənha yaşayan şəxslərin evinə gedir və xidmət göstərirlər. Həmin şəxslərin onların evinə getməsi ilə bağlı qadağa yoxdur”.

GunAz.az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimini tənzimləyən üç mühüm qərar var:

 

"Orada qeyd edilib ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olanlar üçün baxıcılıq xidmətinə icazə verilir. Bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşməyə ehtiyac yoxdur.

Nazirlər Kabinetinin 30 mart 2020-ci il, 120 nömrəli qərarı bu şəxslərə sərbəst hərəkət azadlığı verir. Bu xidmətçilər himayələrində olan evlərə gedib, onlara xidmət edə bilərlər”. 

"Sadəcə, həmin şəxslərin icaze.e-gov.az portalına daxil olmaları və qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov qeyd edib.

скачать dle 12.1

Şərhlər