SON DƏQİQƏ
» » Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...

Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...

Tarix:

3-04-2020, 14:55

/ 2 132 dəfə oxundu.
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...

Azərbaycanda əhalini ərzaqla təmin edən marketlər şəbəkəsi xüsusi karantin rejimində gücləndirilmiş iş şəraitində çalışır. Bu səbəbdən həmin marketlərdə çalışan işçilərin maaşlarında artım edilməsi məsələsi gündəmə gəlib.
Məsələ ilə bağlı açıqlama verən "Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, işçilərin maaşları bu aydan etibarən artırılacaq.
"Bu çətin günlərdə gücləndirilmiş iş rejimində çalışan, insanların qida ehtiyacını qarşılamaq üçün iş başında olan market əməkdaşlarımıza hər şeydən əvvəl dərin minnətdarlığımızı bildiririk. Mart ayında market əməkdaşlarının gərgin əməyini nəzərə alaraq, onlara mükafat təqdim olundu. Aprel ayının 1-dən isə market əməkdaşlarının maaşı artırılıb. Onlar bu artımı may ayında alacaqları maaşda hiss edəcəklər. Hər bir əməkdaşımıza möhkəm can sağlığı və uğurlar arzulayırıq”, - o deyib.
"Qrandmart”, "Fresko”, "Səbət”, "Avromart” mağazalar şəbəkəsinin satışı müdiri Əli Kazım isə bildirib ki, işçilərin hər birinə bu ay mükafat verilməsi nəzərdə tutulub:
"Koronavirusla əlaqədar işçilərin 10 faizi valideynləri icazə verməməsi və s. səbəbdən işdən ayrılıb. Yerdə qalan 90 faiz işçimizin hər birinə mükafat veriləcək. Bundan başqa, övladı olan işçilərimizə hər övladına görə şirkət tərəfindən müəyyən yardımlar edilir. Həmçinin daha aşağı gəlirli işçilərimizə də köməklik edilir. Bunun üçün şirkətin xüsusi komissiyası var. Komissiyanın rəyinə əsasən həmin işçilərə ərzaq yardımı və əmək haqqından əlavə pul verilir”.
скачать dle 12.1

Şərhlər