SON DƏQİQƏ
» » Cavid İsmayıl: “YADDAŞ” proqramından ötrü çox darıxmışıq”

Cavid İsmayıl: “YADDAŞ” proqramından ötrü çox darıxmışıq”

Tarix:

3-04-2020, 11:03

/ 2 270 dəfə oxundu.
Cavid İsmayıl: “YADDAŞ” proqramından ötrü çox darıxmışıq”

Hazırda ölkədə "Evdə qal, sağlam ol!"  özünütəcrid kampaniyası tətbiq olunmaqdadır. Hesab olunur ki, bu təşəbbüsə əməl etməklə həm özümüz, həm də digərləri üçün faydalı ola bilərik. Bununla bərabər, etiraf edilməlidir ki,  prosesin uzun müddət davam etməsi sosial təcrid müddətində olan  vətəndaşlar üçün bir sıra əlavə imkanlar yaradır. Bu imkanlardan biri də Azərbaycanın görkəmli ədəbi və tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığı, onların keçdiyi şərəfli həyat tarixcəsi, dövlət və dövətçilik uğrunda apardıqları mücadilə ilə tanış olmaqdır.  Bu işdə ölkə telekanallarında maarifləndirici verilişlərin yayımlanması xüsusi əhəmiyyət kəsb edir.  
İqtisadçı alim Cavid İsmayıl öz facebook səhifəsində bununla bağlı maraqlı təkliflə çıxış edib: "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC- (AzTV) 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb. Hazırda cizgi filminin anonsu gedir və 4 aprel saat 21:00-da AzTV-də yayımlanacaq. Aztv-yə bu yaraşar! Əhsən, bəyənilsin. Düşünürəm davamı gələcək və eyni zamanda digərləri də bu möhtəşəm layihəyə qoşulacaq. Yeri gəlmişkən Aztv xüsusən ən yaxın tariximizi daima varaqlamalı və YADDAŞLARIMIZI təzələməlidir. Zamanında Vətənə xəyanət edənlər bu gün insanların YADDAŞsızlığından istifadə edərək içimizə sızır və bu da Vətən üçün çox təhlükəlidir. YADDAŞ demişkən milli kimliyimizi, dövlətçilik ənənələrimizi daima xatırladan və tariximizi yaşadan "YADDAŞ" proqramından ötrü də çox darıxmışıq. Güman edirəm ən yaxın vaxt ərzində YADDAŞIMIZI "YADDAŞ"la YENİLƏYƏCƏYİK!".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ