SON DƏQİQƏ

Bakı-Sumqayıt yolunda nə baş verir?-RƏSMİ

Tarix:

1-04-2020, 15:05

/ 2 146 dəfə oxundu.
Bakı-Sumqayıt yolunda nə baş verir?-RƏSMİ

Bakı-Sumqayıt yolunda ciddi tıxac yaranıb. Bölgələrdən avtomobillərin şəhərə buraxılmadığı, Bakı, Sumqayıt və Abşeronda şəxsi maşınla küçəyə çıxmağın məhdudlaşdırıldığı bir məqamda tıxacın yaranması marağa səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu sıxlıq zərurət olmadan evdən çıxan şəxslərlə bağlıdır: "Xəbərdarlıq olunmasına baxmayaraq, bir çox şəxs ehtiyac olmadığı halda şəxsi maşınla evdən çıxır. Şəhərin bir çox yerində və Bakı-Sumqayıt şossesində də postlarda yoxlamalar aparılır. Evdən çıxmaq icazəsi olmayan və zərurət olmadan evdən çıxan şəxslər əks yola yönləndirilərək geri qaytarılır. Buna görə də yolda sıxlıq yaranıb.
Vətəndaşlara bir daha müraciət edirik ki, virusun yoluxma və yayılma riskini nəzərə alaraq zərurət olmadığı halda evdən çıxmasınlar".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ