SON DƏQİQƏ

Paşayevadan varlılara çağırış

Tarix:

30-03-2020, 15:57

/ 2 078 dəfə oxundu.
Paşayevadan varlılara çağırış

Mən üzümü böyük şirkətlərə tuturam. Prezident dedi ki, indi milli həmrəylik günüdür. Böyük şirkətlərdən xahiş edirəm ki, işçilərini, əməkdaşlarını ixtisara salmasınlar. Əksinə, onların əmək haqlarını verin!
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O, əlavə edib ki, kiçik və orta sahibkarlığı anlayırıq: "Cənab Prezident bir milyard manat ayırdı. Sözsüz ki, müəyyən mexanizmlər hazırlanacaq. Amma böyük şirkətlər bu məsələdə məsuliyyəti dövlətin üzərinə qoymadan öz üzərinə götürməlidir.
Bu ölkədə kasıb ailələrlə yanaşı, imkanlı ailələr də var. Mən imkanlı ailələri bu gündə kasıb ailələrə kömək etməyə çağırıram. Hər biri 2-3 kasıb ailəyə dəstək ola bilər. Hesab edirəm ki, belə addım atdıqda heç nə itirməzlər, amma insanlıq adına çox şey qazanarlar”
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ