SON DƏQİQƏ
» » İşlə bağlı karantinə əməl edə bilməyənlər cərimələnəcək? - AÇIQLAMA

İşlə bağlı karantinə əməl edə bilməyənlər cərimələnəcək? - AÇIQLAMA

Tarix:

28-03-2020, 12:44

/ 1 803 dəfə oxundu.
İşlə bağlı karantinə əməl edə bilməyənlər cərimələnəcək? - AÇIQLAMA

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov işləyən insanların karantina rejiminə əməl edə bilməməsi məsələsinə münasibət bildirib.
O, REAL TV-də danışarkən bu məsələyə də toxunub:
"Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”.
Məmmədov bildirib ki, nümunəvi addım kimi artıq bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb:

"İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar.
Qaydaları sərtləşdirmək olar, ancaq Operativ Qərargah güman edir ki, insanlar real situasiyanı gördükcə fərdi məsuliyyətlərini dərk edəcək”.
İ. Məmmədov onu da vurğulayıb ki, hökumət qaydaları daha da sərtləşdirməyə hazırdır: "Hətta fövqəladə halın tətbiqinə qədər istisna olunmur”.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ