SON DƏQİQƏ
» » Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Tarix:

26-03-2020, 17:38

/ 2 095 dəfə oxundu.
Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.
Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib:
"Artıq həmin müraciətə əsasən, cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu proses aprel ayınadək davam edəcək”.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ