SON DƏQİQƏ
» » Bu yaş dövrü qadınlar üçün təhlükəlidir - DİQQƏT!

Bu yaş dövrü qadınlar üçün təhlükəlidir - DİQQƏT!

Tarix:

27-02-2020, 08:53

/ 2 815 dəfə oxundu.
Bu yaş dövrü qadınlar üçün təhlükəlidir - DİQQƏT!

Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıblar.

GunAz.az bildirir ki, bunun üçün eksperimentlər aparılıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, qida rasionu, daha sonra işlərinin xüsusiyyətləri hətta şəxsi münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.

Araşdırmaların nəticəsinə görə, qadınlar üçün ən təhlükəli yaş dövrü 35-40 arasıdır.

Zərif cinsin nümayəndələrinin əksəriyyəti hamiləlik zamanı kökəlməyə başlayır və hesab edir ki, ikicanlı olduğu üçün iki nəfərin yerinə yeməlidir. Lakin uşaq dünyaya gəldikdən sonra hamiləlik müddətində aldığı çəkilərdən sürətlə xilas ola bilmir və depressiyaya düşür.

Kişilər isə 40 -45 yaşından sonra köklüyə meylli olur. Buna səbəb xroniki yorğunluq və tənbəllikdir. Yaxud da karyera qurmaq həvəsi kişilərin başını o qədər qatır ki, idmanla məşğul olmağa sadəcə vaxt qalmır.

Bundan əvvəlki araşdırmalarda isə insanın 25 yaşından sonra sürətlə kökəlməyə başaldığı iddia edilmişdi. Bu, 25 yaşından sonra insanın yemək vərdişləri və hormonal tarazlıqlar dəyişməsi ilə izah olunmuşdu.

Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşlayır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur.

Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırma ilə müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət köklüyə gətirib çıxarır.medicina.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ