SON DƏQİQƏ

"Xocalı" soyqırımı Bişkekdə də anıldı

Tarix:

26-02-2020, 14:11

/ 1 241 dəfə oxundu.
"Xocalı" soyqırımı Bişkekdə də anıldı

Bu gün Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində “Dünya Azərbaycanlıları və digər türkdilli xalqları iffifaqı”nın, “türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qırğızıstan azərbaycanlıların əlaqələndirmə mərkəzinin birgə təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi.
GunAz.az bildirir ki, anım tədbirində Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin geniş oxucu kütləsi iştirak edirdi. Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva çıxış edərək Azərbaycanın başına gətirilən faciələrdən, 200 il əvvəl Qarabağda ermənilərin yaşamamasından, tarixi faktlarla danışdı Anım tədbirində çıxış edən “Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqı və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Xocalı faciəsi barədə danışaraq bildirib ki, Xocalıda baş vermiş soyqırımı aktı xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Digər çıxış edən Qırğızıstan azərbaycanlıların əlaqələndirmə mərkəzinin vise prezidenti Rabil Rəsulov kitabxananın gənc oxucularına Qırğızıstanla birlikdə qardaş Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmağın vacibliyini diqqətə çatdırdı. Tədbir iştirakçılarının hər birinə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə nəşr edilmiş “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabı hədiyyə edildi. Sonda Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilib dublyaj edilmiş, Vahid Mustafayevin müəllifi olduğu “Xoca” filmi nümayiş edildi.

 

"Xocalı" soyqırımı Bişkekdə də anıldı

 

"Xocalı" soyqırımı Bişkekdə də anıldı

 

"Xocalı" soyqırımı Bişkekdə də anıldı

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ