SON DƏQİQƏ
» » İrandan gələn 23 nəfər xəstəxanaya yerləşdirildi

İrandan gələn 23 nəfər xəstəxanaya yerləşdirildi

Tarix:

25-02-2020, 19:15

/ 1 188 dəfə oxundu.
İrandan gələn 23 nəfər xəstəxanaya yerləşdirildi

“İranın xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

GunAz.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ilkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Bildirilir ki, həmin şəxslərin əksəriyyəti İrana ziyarətə gedənlərdir. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməmək xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ