SON DƏQİQƏ

Yanan “Diqlas”ın yerində nə tikiləcək?

Tarix:

25-02-2020, 16:08

/ 2 014 dəfə oxundu.
Yanan “Diqlas”ın yerində nə tikiləcək?

Ötən ilin 26 mart tarixində baş vermiş dəhşətli yanğın nəticəsində tam yararsız hala düşdüyü üçün sökülən “Diqlas” ticarət mərkəzinin yeri boş qalıb.

2019-cu ilin avqust ayında söküntüsü tam başa çatan ticarət mərkəzinin yerində nə inşa ediləcəyi maraq doğurur. Sözügedən əraziyə yaxın yerdə yaşayan sakinlər bildirib ki, əraziyə tez-tez baxış keçirilir.

Sakin Əliyar Məmmədov bildirib ki, uzun müddət əvvəl əraziyə baxış keçirilən zaman ölçü işləri aparılıb. Lakin sonradan ərazidə heç bir yeniliyin olmaması sakinlərdə ticarət mərkəzinin ərazisinin satıldığı təəssüratı yaradıb. Bir çoxları hesab edir ki, ərazidə yaşayış binası tikiləcək.

Mövzu ilə bağlı saytımızın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, komitəyə “Diqlas” ticarət mərkəzinin yerində hansısa obyektin tikintisi ilə bağlı heç bir layihə təqdim olunmayıb:

“Həmin ərazidə hansısa işin aparılması üçün komitəyə heç bir müraciət daxil olmayıb”.

скачать dle 12.1

Şərhlər